Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdəki "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, o, dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Boqdan Danyel-Dayakla (Rumıniya) üz-üzə gəlib. Görüş 40-cı gedişdə sülhlə yekunlaşıb.

Qeyd edək ki, mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.