Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunacaq "Norway Chess" turnirinə qatılacaqlar.
Offsideplus.az xəbər verir ki, təcrübəli qrosmeysterlərimizlə yanaşı, yarışda norveçli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaq.
Qeyd edək ki, "Norway Chess" 31 may - 10 iyun tarixlərində keçiriləcək.