Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun ilk mövsümündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu yeri tutub. Çempionlar Turunun qalibi isə Maqnus Karlsen olub.
Offsideplus.az xəbər verir ki, Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında göstərdiyi nəticədən məmnun olduğunu söyləyib:
"Mənim üçün çətin il oldu. Bu yarış həqiqətən mənə xoş anlar yaşatdı. Çempionlar Turu ilə bağlı gözəl xatirələrim var".
Qeyd edək ki, növbəti turnir 2022-ci ilin fevralında start götürəcək.