Norveçli  dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Meltwater Champions tour" yarışının final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Teymur Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra "ağ bayraq qaldırıb".