"Meltwater Champions Chess Tour"un yeddinci turunda Teymur Rəcəbov yarışın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, qrossmeysterimiz rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Tərəflər arasında ilk iki mərhələdə bərabərliklə başa çatsa da, sonrakı iki oyunda Teymur həm qara, həm də ağ fiqurlarla rəqibindən üstün olub.