Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilib.
Offsideplus.az-ın məlumatına görə, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.
Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.
Məmmədyarov isə Artemyevə məğlub olub - 1,5:2,5.
Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Rəcəbov So ilə, Məmmədyarov isə Nakamuro ilə qarşılaşacaq.