Beynəlxalq Şahmat Federasiyasının açıqladığı (FIDE) yeni reytinq siyahısının ilk "10-luğ"unda iki azərbaycanlı yer alıb.

Offsideplus.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk pilləni 2847 xalla norveçli dünya çempionu Maqnus Karlsen tutub. İkinci və üçüncü yerlərdə  Fabiano Karuana (ABŞ, 2806) və Dinq Liren (Çin, 2799) qərarlaşıb. 

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub. 

72-ci yerdə 2665 xalla Qədir Hüseynov qərarlaşıb, 3 pillə geriləyən Nicat Abbasov (2656) isə 87-ci-sıraya enib. 4 addım geriləyən Rauf Məmmədov (2 654) 91-ci pillədə yer alıb.

Bundan əlavə, qadın şahmatçılardan Günay Məmmədzadə 2460 xalla 4-cü, Gülnar Məmmədova (2385) 77-cidir. Xanım Balacayeva (2376) isə 91-cı sıradakı mövqeyini qoruyub.