Beynəlxalq Şahmat Federasiyasının açıqladığı (FIDE) yeni reytinq siyahısının ilk "10-luğ"unda iki azərbaycanlı yer alıb.
Offsideplus.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk pilləni 2847 xalla norveçli dünya çempionu Maqnus Karlsen tutub. İkinci və üçüncü yerlərdə Fabiano Karuana (ABŞ, 2820) və Dinq Liren (Çin, 2799) qərarlaşıb.
Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2 765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.
Nicat Abbasov (2665) və Qədir Hüseynov (2665) bir pillə geriləyib. Onlar müvafiq olaraq 73 və 74-cü sıralarda yer alıb. Rauf Məmmədov da bir pillə geriləyərək 2654 xalla 90-cı olub.
Bundan əlavə, qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 82-ci, 1 pillə geriləyən Xanım Balacayeva isə 2376 xalla 91-ci pillədə qərarlaşıb.