Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.

Offsideplus.az xəbər verir ki, qrossmeysterimiz Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.

İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2.

Qeyd edək ki, cavab görüşləri mayın 31-də keçiriləcək.