Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran təmsilçimiz Teymur Rəcəbov bu mərhələdə Karlsenlə yenidən üz-üzə gəlib Rəcəbov ilk oyun günündə norveçli rəqibi ilə 2:2 hesablı heç-heçə etsə də, ikinci gündə 1:3 hesabı ilə uduzub.

Digər yarımfinal görüşündə isə Uesli So (ABŞ) Yan Nepomnyaşiyə (Rusiya) qalib gəlib - 2:1

Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.