Şahmat üzrə Çempionlar Turunun VI mərhələsində bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, "The FTX Crypto Cup" adlı 1/4 finalda Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə yenidən üz-üzə gələcək. 34 yaşlı qrossmeyster ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olub. Bu gün də eyni hesab qeydə alınsa, tay-brek oynanılacaq.

Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşacaq.