Mayın 8-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və "Xəzər" İntellektual Gənclər Klubu"nun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr edilmiş məktəbli və yeniyetmələrdən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə onlayn intellektual yarış keçirilib.
Offsideplus.az xəbər verir ki, intellektual yarışda müxtəlif orta məktəbləri təmsil edən komandalar iştirak edib. Bilik yarışında Ümummilli liderin həyat və siyasi fəaliyyəti, müstəqil Azərbaycanın dövlətçilik quruculuğu və tariximizi əhatə edən 24 sual verilib.
Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, 20 suala doğru cavab verən 287 saylı "Zəkalar" liseyinin «Zəkalar Sr» komandası birinci yeri tutub. Liderdən bir sual az tapan Balakənin "Qubek" komandası ikinci, 17 suala doğru cavab verən "Bruh Kruq" komandası üçüncü yer tutub.
Yarışın qalibləri karantin dövrü bitdikdən sonra BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.