Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New İn Chess" adlı V mərhələsində həlledici raundun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda qarşılaşmada ikinci oyun gününün ilk partiyası başa çatıb.

Qara fiqurlarla oynayan Məmmədyarov görüşün 54-cü gedişində qələbə qazanıb.