Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan millisi bu gün B qrupunda son görüşlərini keçirəcək.
Offsideplus.az xəbər verir ki, yığma komanda yarışın üçüncü günündə İspaniya, Norveç və Fransa ilə qarşılaşır.
Şahmat yığmamız İspaniyanı 4-2, Norveçi 5.5 - 0.5 hesabı ilə məğlub edib.
Növbəti qarşılaşmada Fransa ilə üz-üzə gələn yığmamız bu görüşdən də qalib ayrılıb. Millimiz rəqibini 3.5 - 2.5 hesabı ilə məğlub edib.
Bununla da yığmamız qrupu 37.0 xalla lider kimi tamamlayıb.
İlk turda Niderland, Macarıstan və Cənubi Afrika Respublikası üzərində inamlı qələbə qazanan milli ikinci gün Ukrayna, və Qazaxıstana uduzub, Slovakiyadan üstün olub.
B qrupunda Macarıstan 10 xalla liderdir. Ukrayna, Qazaxıstan və İspaniyanın 9 xalı var. Azərbaycan millisi 8 xalla beşincidir.
Qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.
Ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevadır.