"Yuventus" klubunun ən böyük transfer xəyalı Sandro Tonalini heyətinə cəlb etməkdir.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tonalinin 2023-cü ildə 70 milyon avroya "Milan"dan "Nyukasl"a transfer olub. Onun "sağsağanlar"la 2028-ci ilin yayına qədər müqaviləsi var.
25 yaşlı futbolçu cari mövsüm 24 oyunda meydanda olub və 4 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalına görə onun bazar dəyəri 75 milyon avrodur.



