"Real"ın yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını "Yuventus"da davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb. Turin klubu yarımmüdafiə xəttini Modriçlə gücləndirərək Avropa nəhəngləri qarşısına daha güclü heyətlə çıxmağı planlaşdırır.
Qeyd edək k, "Yuventus" yayda "Real"dan Kriştiano Ronaldonu almışdı. Klubun Marselonu da heyətinə qatacağı barədə şaiyələr gəzir.