"Milan" gələn yay Robert Levandovskini heyətinə cəlb etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, klubun idman direktoru İqli Tare növbəti həftələrdə polşalı hücumçunun agenti Pini Zahavi ilə görüşəcək. Onlar təcrübəli futbolçunu azad agent kimi transfer etmək istəyir.
Bu barədə insayder Saşa Tovalyeri məlumat yayıb.
Zlatan İbrahimoviç də bu transferin gerçəkləşməyini arzulayır.
"Milan"ın proyekti Levandovskiyə cəlbedici gəlir.
Onun "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq və klubda qalmayacağı gözlənilir.



