"Mançester Yunayted"in hücumçusu Rasmus Höylünd yenidən İtaliyaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, "Milan" danimarkalı futbolçunu transfer etmək istəyir. Klublar arasında hazırda danışıqlar gedir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Keçid satınalma bəndi ilə birlikdə icarə əsasında baş tutacaq. Məbləğin ümumilikdə 51 milyon avro olacağı gözlənilir.
Höylund 2023-cü ildə "Atalanta"dan "Mançester Yunayted"ə transfer olub. O, burada 95 oyun keçirib və 26 qol vurub.



