"İnter" klubu Hakan Çalhanoğlunun daha bir mövsüm komandada qalmağını istəyir.

Offsideplus.az xəbər verir ki, ona görə türkiyəli futbolçunu satmağı düşünmürlər. Onu istəyən klublardan isə 35 milyon avro tələb edirlər.

Bu barədə "Correiro dello Sport" məlumat yayıb.

H. Çalhanoğlu ilə "Fənərbağça" yaxından maraqlanır. İstanbul klubunun prezidenti Ali Koç bu keçidlə birbaşa özü məşğul olur.

Türkiyəli yarımmüdafiəçi 2021-ci ildən "İnter"də çıxış edir. O, burada 182 oyunda 38 qol vurub və 32 məhsuldar ötürmə edib.