Federiko Kyeza bu yay yenidən İtaliyaya qayıtmaq istəyir.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu "Liverpul"u sevir, lakin daha çox oynaya biləcəyi bir kluba keçməyi düşünür.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kyeza ötən ilin yayında "Liverpul"a transfer olub. O, başa çatan mövsümdə 14 oyunda cəmi 466 dəqiqə meydanda olub.