Kevin De Brüynenin yeni klubu bəlli olub.

Offsideplus.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, belçikalı ulduz "Napoli" ilə razılıq əldə edib. Müqavilənin müddəti 3 ilin əhatə edəcək. De Brüyne ilk iki mövsüm ərzində 6 milyon avro, növbəti sezonda isə 5 milyon avro bonus qazanacaq. 

Yarımmüdafiəçi tezliklə qərarını rəsmən açıqlayacaq. Futbolçuya "Çikaqo Fayr" klubundan da təklif gəlib. 

Qeyd edək ki, 2015-ci ildən "Mançester Siti" formasını geyinən De Brüyne "şəhərlilər"lə vidalaşıb.