İtaliya A Seriyasında sonuncu - 38-ci turun oyunları bu axşam start götürəcək.
Offsideplus.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan iki komandanın - "Napoli" və "İnter"in oyunları bu gün keçiriləcək.
Neapol klubu evində "Kalyari"ni qəbul edəcək. "İnter" isə səfərdə "Komo" ilə qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Əlavə edək ki, "Napoli" son tura 1 xal öndə daxil olur. Bu gün qələbə qazanarlarsa, tarixlərində 4-cü dəfə çempion olacaqlar.



