"İnter"in kapitanı Lautaro Martines diskvalifikasiyadan qaça bilib.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu İtaliya A seriyasının son turunda "Yuventus"la görüşdə dini etiqadlara qarşı qeyri-etik ifadə işlətməkdə günahlandırılırdı.

Lakin futbolçunun vəkili müsbət nəticəyə nail olub. Audioyazılar zamanı Martinesin "dio" (Allah), yoxsa "zio" (dayı) sözünü işlətməsini aydınlaşdırmaq mümkün olmayıb. Lazımi sübut tapılmadığı üçün hücumçu 1 oyunluq cəzadan yaxasını qurtara bilib.

Xatırladaq ki, "Yuventus"la gərgin görüş "İnter"in məğlubiyyəti (0:1) ilə nəticələnib.