“Yuventus”da çıxış edən türkiyəli futbolçu Kenan Yıldız liqanın 20-ci həftəsində “Torino”ya vurduğu qol İtaliya A Seriyasında “ayın qolu” seçilib.
Ofssideplus.az xəbər verir ki, A Seriyasının rəsmi saytından verilən açıqlamada 19 yaşlı futbolçunun Turin derbisində vurduğu qolun sosial media kanallarında azarkeşlər tərəfindən ən çox səs toplayan qol olduğu bildirilib. Kenan Yıldızın cərimə meydançası xaricindən “Torino”ya vurduğu qol səsvermədə “İnter”in futbolçusu Lautaro Martinezin “Empoli”yə vurduğu qolu üstələyib.
Qeyd edək ki, gənc hücumçu bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 33 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.