Tiaqo Motta rəsmən "Yuventus" klubunun baş məşqçisi təyin olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti 2027-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Motta bu vəzifədə Massilimiano Alleqrini əvəzləyib.