"Roma"nın baş məşqçisi Joze Mourinyo komanda ilə müqavilə müddətini yeniləmək fikrində deyil.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis milli komandada işləmək istəyir.
Onun İtaliya, İngiltərə və ya Braziliya yığmalarının birində işləmək variantı var.
Belə ki, adıçəkilən ölkələrin futbol federasiyaları Mourinyo ilə danışıq aparır.60 yaşlı mütəxəssisin “canavarlar”la müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq.