“Milan” klubunun futbolçusu Junior Messiası iş yerini dəyişib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Cenoa”ya keçib. Braziliyalı futbolçu 2024-cü ilin yayına qədər icarə əsasında “Cenoa”da çıxış edəcək.

Qeyd edək ki, Messias 2021-ci ilin yayından “Milan”da çıxış edirdi. O, “Krotone”dən transfer edilmişdi.