"Roma'' rəhbərliyi klubun nəticələrindən narazıdır.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisində qış "transfer pəncərəsi"ndə bir çox futbolçunun göndəriləcəyi gözlənilir. Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Əsas namizədlər kimi Brian Kristante, Lorenzo Pelleqrini, Paulo Dibala, Leandro Paredes, Mario Hermoso, Nikola Zalevski, Eldor Şomuradov göstərilib.
Qeyd edək ki, "canavarlar" 16 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.