İtaliyanın "Roma" klubu sıralarını yeni futbolçuyla gücləndirə bilər.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi, "Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktomineyi heyətinə qatmağa hazırlaşır.
Bu barədə məlumatı jurnalist Canluka di Marsio yayıb.
İnformasiyaya görə, "canavarlar"ın baş məşqçisi Joze Mourinyo 26 yaşlı şotlandiyalı oyunçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Maktomineyin MY ilə 2025-ci ilədək müqaviləsi var.