“Yuventus”un hücumçusu Qonsalo İquainin “Milan” keçidi gerçəkləşməyə bilər.

 

Offsideplus.az xəbər verir ki, klublar öz aralarında razılığa gəlsələr də, argentinalı futbolçunun tələbləri Milan təmsilçisini çətin vəziyyətdə qoyub. Birincisi, 30 yaşlı forvard “Milan”a icarə əsasında deyil, tam transfer hüququ ilə getmək istəyir. İkincisi isə İquain “rossonyerlər”dən illik 9 milyon avro maaş tələb edir. “Milan” isə ona 7,5 milyon təklif edir.

İquainin “Milan”la razılıq əldə edə bilməməsi ən çox “Çelsi”yə sərf edir. Olivye Jirunun satılmasını istəyən Mauritsio Sarri fransız hücumçunun boşluğunu “Napoli”dən tanıdığı argentinalı ilə doldurmaq istəyir.