Türkiyə yığmasının və İngiltərənin "Lester" klubunun ulduz futbolçusu Çağlar Söyüncü İtaliya “İnter”inə keçmək üzrədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, A Seriyası təmsilçisinin “Lester"lə danışıqları müsbət yekunlaşıb.
Türkiyəli müdafiəçi özü də “İnter”ə keçmək niyyətindədir.
Çağlar bu transferi karyerasında önəmli irəliləyiş hesab edir.