İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Mirror"a istinadla xəbər verir ki, Turin təmsilçisi "Çelsi"nin amerikalı vingeri Kristian Pulişiçi transfer etməyə yaxındır. A Seriyası klubu 23 yaşlı oyunçunun keçidini növbəti mövsümün startınadək həll etmək niyyətindədir.

Hazırda tərəflər arasında danışıqların aparıldığı bildirilir.

Qeyd edək ki, Pulişiç 2019-cu ildən "Çelsi"də çıxış edir.