"Napoli" "Arsenal"ın Viktor Osimhen üçün təklif etdiyi puldan imtina edib.

 Offsideplus.az "II Mattino"ya xəbər verir ki, "topçular" italiyanlara 51 milyon funt-sterlinq məbləğ təklif ediblər, lakin Neapol təmsilçisi bununla razılaşmayıb. 23 yaşlı nigeriyalı hücumçunun klubuyla sözləşməsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, Osimhen başa çatan mövsümdə "Napoli" formasıyla 32 matçda 18 qol və 6 məhsuldar ötürmə edib.