"Mançester Siti"nin futbolçusu Emerik Laport karyerasını İtaliyada davam etdirməyə yaxındır.

 Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" 28 yaşlı ispaniyalı mərkəz müdafiəçisini heyətinə qatacaq. Turin klubu komandanı tərk edən Ciorcio Kyellinin əvəzləyicisi kimi bu transferi reallaşdıracaq.

Onun "şəhərlilər"lə müqaviləsi 2025-də başa çatır.

Qeyd edək ki, Laport 2018-ci ildən "Mançester Siti"də çıxış edir.