İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, buna portuqaliyalı mütəxəssis A seriyasının 26-cı turunda "Verona" ilə oyunda (2:2) baş hakim Luka Payrettonu təhqir etməsi səbəb olub. O, 2 oyunluq diskvalifikasiya edilib.

Xatırladaq ki, görüşün sonlarında Mourinyo baş hakim Luka Payrettoya əli ilə telefon jesti edib və bundan sonra qırmızı vərəqə ilə cəzalandırılıb.