“Yuventus” klubunun ulduz futbolçusu Federiko Kyeza üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Zenit"lə matç (4:2) əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı italiyalı yarımmüdafiəçi görüşdə fərqlənib. Bununla da Kyeza komandasının ardıcıl 4-cü ev oyununda qol vura bilib.
Nəticədə o, Turin təmsilçisinin sabiq hücumçusu David Trezegeyə məxsus rekordu təkrarlayıb.