"Yuventus" klubu futbolçusu Federika Kyezanı komandada saxlamaqda israrlıdır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı hücumçu ilə yolları ayırmaq niyyətində deyil. İtaliyalı forvard üçün "Liverpul"un göndərdiyi 100 milyon avroluq təklif artıq rədd edilib.
"Yuventus"un yeni baş məşqçisi Kyezanı heç bir kluba "qapdırmamaq" niyyətində olmadığını bildirib.