Burak Elmasın "Qalatasaray" prezidenti seçilməsindən sonra "cim-bom"un transfer çalışmaları daha da intensivləşib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar" bu dəfə istədiyi futbolçunu "Napoli"də tapıb.

Söhbət Neapol təmsilçisinin portuqaliyalı oyunçusu Mario Ruydan gedir.

İtaliyalı jurnalist Nikolo Şiranın yaydığı məlumatda "Qalatasaray"ın 30 yaşlı sil cinah müdafiəçisi üçün hərəkətə keçdiyi və artıq onun görüş üçün İstanbula dəvət edildiyini bildirib.

Qeyd edək ki, Mario Ruy 2018-ci ildən "Napoli"də çıxış edir.