"Milan" "Çelsi"nin futbolçusu Fikayo Tomorini birbaşa transfer edib.
Offsideplus.az xəbər verir ki, bir illik icarədən sonra A Seriyası nəhəngi 23 yaşlı müdafiəçini 28,5 milyon avroya heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Milan" ingiltərəli futbolçu ilə 5 illik müqavilə bağlayıb. Tomori, ötən mövsüm "Milan"la 22 oyuna çıxıb, 1 qol vurub.



