"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo futbolçunu komandadan qovub.

Offsideplus.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, Mario Ruyun məşqlərdəki fəallığından razı deyilmiş. Portuqaliyalıya bir neçə dəfə xəbərdarlıq etsə də, vəziyyət yaxşıya doğru dəyişməyib. Belədə, futbolçu kimi amansız təsir bağışlayan baş məşqçi məşqçi kimi də sərt üzünü göstərib. Ruyu məşqdən və bazadan qovaraq evinə göndərib.

Qeyd edəlk ki, 29 yaşlı müdafiəçi cari mövümdə "Napoli" formasında 25 oyunda meydana çıxmışdı.