"Yuventus"un həkimləri məşqçilər heyətinə şad xəbər verib.

Offsideplus.az xəbər verir ki, Federiko Kyeza ilə Ueston Makkenni həftəsonu "İnter"lə baş tutacaq vacib oyunda iştirak edə biləcəklər. "Sassuolo" ilə görüşdə zədələnən futbolçuların hansı müddətə sıradan çıxdıqları bilinmirdi. 

Qeyd edək ki, yanvarın 17-də baş tutacaq "İnter" - "Yuventus" qarşılaşması Bakı vaxtı ilə 23.45-də başlayacaq.