"Napoli" baş məşqçi Cennaro Qattuzo ilə müqaviləni uzatmağı planlaşdırır.
Offsideplus.az Calciomercato-ya istinadən xəbər verir ki, İtaliya nəhəngi 42 yaşlı mütəxəssis ilə razılaşmanın müddətini 2 il daha artırmaq istəyir. Qattuzonun maaşında da artım olacağı bildirilir.
Qeyd edək ki, italiyalı baş məşqçinin komandaya rəhbərlik etməsi 2021-ci ildə başa çatacaq.