"Latsio"nun hücumçusu Çiro İmmobile "Kalyari" ilə qarşılaşmada (2:1)İtaliya A seriyasında bombardirlər yarışında zirvəyə yüksəlib.
Offsideplus.az xəbər verir ki, cari mövsüm qollarının 31-ə çatdıran 30 yaşlı oyunçu daha 2 dəfə fərqlənərsə, bir mövsümdə ən çox qol vuran italiyalı futbolçu ünvanına şərik olacaq. Hazırda rekord 1958/59 mövsümündə 33 qol vuran Antonio Anceliloya məxsusdur.
Qeyd edək ki, "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun hesabında 30 qol var.
Qeyd edək ki, "Latsio" sona 3 tur qalmış Çempionlar Liqasına vəsiqəni təmin edib.