İtaliyanın "Napoli" klubu baş məşqçisi Cennaro Qattuzo ilə bağlı yeni qərar verməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, A Seriya təmsilçisi 42 yaşlı mütəxəssislə müqavilənin müddətini 2023-cü ilədək artırmaq niyyətindədir.
Qeyd edək ki, Qattuzo 2019-cu ildən "Napoli"nin "sükanı arxasındadır".