İtaliya futbolunda 2020/2021 mövsümünün başlama vaxtı müəyyənləşib. sentyabrın 1-də start götürəcək.

Offsideplus.az İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytına istinadən xəbər verir ki, FIGC-in Federal Şurasının telekonfrans formatında iclasında verilən qərara əsasən, A, B və C seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatını və dayandırılmasının mümkünlüyünü razılaşdıracaq.

Qeyd edək ki, daha əvvəl İtaliyada kütləvi tədbirlərin təşkilinə qadağa iyunun 14-dək uzadılıb.