“Napoli”nin yeni baş məşqçisi Cennaro Qattuzonun "Milan"dan ayrıldıqdan sonra 18 təklifə yox dediyi ortaya çıxıb.
Offsideplus.az İtaliyanın “La Repubblica” nəşrinə istinadla xəbər verir ki, Qattuzo “Fiorentina”, “Sampdoriya”, “Valensiya”, “Cenoa” klubları ilə yanaşı Çin, Rusiya, Yunanıstan klublarından aldığı təklifi geri çevirib. Buna səbəb onun daha səviyyəli klubda çalışmaq istəməyi olub.
Qattuzo “Napoli” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.