“Yuventus” ciddi itkiylə üzləşib.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Leonardo Bonuççi zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, Bonuççinin A Seriyasının 21-ci turunda keçirilən “Latsio” – “Yuventus” matçında (1:2) zədələndiyi və bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

31 yaşlı müdafiəçi cari mövsümdə “Yuventus”un heyətində 25 qarşılaşmada iştirak edib.