"Yuventus"un baş məşqçisi Luçano Spalletti hakimlərdən narazıdır.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis hər xırda foula fit çalınmağına əsəbləşib:

"Toxunan kimi fit çalırlar. Bir öpüş verim. Bax, bu da fouldur. Sığalladım, foul. Bəs şillə? O da fouldur. Bəsdirin artıq! Hər şeyə fit çalaraq futbolu qətl edirsiniz".

Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasının 24-cü turunda "Latsio" ilə heç-heçə edib - 2:2.