Madrid "Real"ının ulduzu Rodriqo növbəti dəfə həmyerlisi Neymara sevgisini bildirib.

Offsideplus.az xəbər verir ki, hücumçu UEFA Çemponlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə matçdan sonra dərhal evə yollanmaq lazım gəldiyini bildirib. O, kumiri, yaxın dostu Neymarın "Santos"dakı çıxışını buraxmaq istəməyib.

"Evə tez getməliyəm, bu gün Neymar oynayır" - deyə Rodriqo jurnalistlərlə söhbətində bildirib.

Yeri gəlmişkən, bu gecə "Santos" Paulista çərçivəsində "Noroeste" üzərində qələbə qazanıb - 3:0. Rodriqonun azarkeşlik etdiyi Neymar 69 dəqiqə meydançada olub.