"Porto" klubunun təcrübəli qapıçısı İker Kasilyas UEFA Çempionlar Liqasında yeni rekordu müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı qolkiper "Şalke" səfərində çıxdığı son oyunla 20 mövsüm Çempionlar Liqasında forma geyinən ilk futbolçu oldu.

Ondan əvvəl isə bu rekord "Mançester Yunayted"in uelsli əfsanəsi Rayan Qiqqsə məxsus idi (19 mövsüm).